ABŞ bütün diplomatlarını İraqdan çıxarır

ABŞ bütün diplomatlarını İraqdan çıxarır
ABŞ əməliyyat xidməti ilə əlaqədar olmayan bütün hökumət məmurlarını, Bağdaddakı səfirliyin və Ərbildəki konsulluğun diplomatik heyətini İraqdan çıxarır.

"Report” TASS-a istinadən xəbər verir ki, məlumatı ABŞ-ın İraqdakı səfirliyi yayıb.
"Dövlət Departamenti fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularının Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan çıxarılması barədə göstəriş verib”, - səfirliyin rəsmi açıqlamasında vurğulanıb.
Müvəqqəti olaraq standart viza xidməti də dayandırılıb.
Qeyd edək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdadda yerləşir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az