ABŞ qoşunları Polşadan idarə olunacaq

ABŞ qoşunları Polşadan idarə olunacaq
NATO-nun şərq cinahındakı ABŞ qoşunlarının komandanlıq mərkəzi Polşaya köçürüləcək.

Miq.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak yerli radiostansiyanın efirində bildirib.
"Biz ABŞ qoşunlarının diviziya komandanlığında iştirakla bağlı razılığa gəlmişik. ABŞ-ın NATO şərq cinahındakı qoşunları məhz bu komandanlıq mərkəzinə tabe olacaq", - M.Blaşak bildirib.
Bundan əvvəl ABŞ və Polşa hökumətləri Birləşmiş Ştatlara aid "MQ-9" hərbi kəşfiyyatçı dronlarından ibarət eskadrilyanın Polşaya yerləşdirilməsi ilə bağlı razılaşma əldə etmişdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az