Ağdamda düşmən ordusunun 2 zabit və 3 əsgəri HƏLAK OLDU-Təlim DAYANDIRILDI

Ağdamda düşmən ordusunun 2 zabit və 3 əsgəri  HƏLAK OLDU-Təlim DAYANDIRILDI

Ermənistan ordusunun təlimi faciə səbəbi ilə yarımçıq dayandırılıb.

Bu gün işğalçı Ermənistan ordusunun 10-cu dağ atıcı diviziyasının tərkibində yerləşən 41-ci artilleriya alayının 1-ci divizioynunda 152 mm-lik D-20 topu partlayıb.

Təlim zamanı baş verən partlayış nəticəsində 3 əsgər, 2 zabit həlak olub. Bir yüksək rütbəli zabit və bir gizir ağır yaralanıb.

Partlayış Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində baş verib və hadisədən sonra hərbi təlimlər dayandırılıb.

Xatırladaq ki sözü gedən hərbi hissə Keçmiş Ağdərə rayonunun Nerkin Oratax kəndi ərazisinə yerləşir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az