Alimlərdən dünyanı qorxudan xəbərdarlıq: "Hər an Günəş fırtınası ola bilər"

Alimlərdən dünyanı qorxudan xəbərdarlıq:
Alimlər Günəş ilə bağlı qorxunc açıqlama veriblər.

Miq.az "ölkə.az"a istinadla xəbər verir ki, ingilis mütəxəssislər günəş fırtınalarının artacağını və yüksək sürətli radioaktiv hissələrin Dünyadakı elektrik sistemləri və rabitəni məhv edəcəyini bildiriblər.
İngiltərənin Kosmik Agentliyi və alman alimlər kosmosa yeni sistem göndərərək daha dəqiq nəticələr ala biləcəklər. Alimlər "Günəş fırtınalarının bizə təsir etməsi an məsələsidir" açıqlamasını veriblər.
Avropa Kosmik Agentliyi bir neçə günə yeni layihəyə başlayır. Layihə Günəşdəki fırtına və partlayışlarla bağlıdır.

"Kosmosa göndəriləcək yeni sistem alimlərin və millətlərin gələcəkdəki Günəş fırtınaları və partlayışlara qarşı tədbir görməyimizi nəzərdə tutur", - deyə açıqlama verilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az