“Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” – Sabiq xarici işlər naziri

“Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” – Sabiq xarici işlər naziri
"Azərbaycan- Ermənistan xarici işlər nazirlərinin bu gün Nyu-Yorkda keçiriləcək görüşündən nəsə gözləmirəm. Adi bir görüşdür”.

Bu fikirləri Modern.az-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Nyu-York görüşünü şərh edərkən bildirib.
Sabiq xarici işlər nazirinin sözlərinə görə, bu görüş baş tutmamalı idi:
"Hesab edirəm ki, Azərbaycan bu görüşə getməməli idi. Ona görə ki, Ermənistanın baş naziri Paşinyanın bəyanatından sonra Azərbaycanın xeyrinə olmayan vəziyyət yaranıb. Bu görüşdən də heç bir nəticə gözlənilmir. 501 yaxud da 504-cü görüşdür, artıq sayını da itirmişik. Düşünürəm ki, Paşinyanın bəyanatlarından sonra Azərbaycan mövqeyini bildirməli idi”.
Qeyd edək ki, bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az