Azərbaycan ordusu beynəlxalq miqyaslı terrorçunu məhv edib – 26 il əvvəl

Azərbaycan ordusu beynəlxalq miqyaslı terrorçunu məhv edib – 26 il əvvəl
Bu gün "ASALA” terror qruplaşmasının əsas simalarından biri, Qarabağda müharibəsinin aktiv iştirakçılarından olan Monte Melkonyanın məhv edilməsindən 26 il ötür.
 
Modern.az xəbər verir ki, beynəlxalq miqyaslı terrorçu 1993-cü il iyunun 12-də Ağdamın Mərzəili kəndi istiqamətində baş verən döyüş zamanı Milli Ordumuz tərəfindən məhv edilmişdi.
 
1957-ci ildə ABŞ-ın Kaliforniya ştatında erməni ailəsində dünyaya gələn Melkonyan 1978-ci ildə Livana gələrək vətəndaş müharibəsinə qatılıb, 1980-ci ildə isə Beyrutda "ASALA”ya üzv olaraq türk diplomatlarına qarşı hücumlarda iştirak edib. 1981-ci ildə onun hazırladığı "Van” planı ilə Parisdəki Türkiyə səfirliyi ələ kerçirilmişdi.
 
Fransa həbsxanalarında 2 dəfə həbs həyatı yaşayan terrorçu 1990-cı ilin avqustunda Ermənistana, ordan isə Qarabağa gələrək Azərbaycan qarşı təcavüzdə aktiv iştirak edib.
Monte Melkonyan Mərzili kəndində məhv edildikdən sonra onun meyiti Yerevana gətirilərək Yerablur hərbi qəbirstanlığında basdırılıb. Ölümündən sonra ona "Ermənistanın Milli Qəhrəmanı” adı verilib. Bu gün Dilicanda yerləşən hərbi lisey də onun adını daşıyır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az