Azərbaycanda avtobus və yük avtomobilləri istehsal edəcək zavod tikilir

Azərbaycanda avtobus və yük avtomobilləri istehsal edəcək zavod tikilir

Bu gün Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş Sənaye” MMC-nin avtobus və yük avtomobilləri istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin iştirakı ilə baş tutub.

Qeyd edək ki, dəyəri 10 milyon avro olan bu layihədə "Azərmaş" ASC 25%, "Kartal Az" MMC isə 75% oaya malikdir. Vəsaitin 6 milyon avrosu ilkin mərhələdə, 4 milyon avrosu isə ikinci mərhələdə ayrılacaq.

Zavodun istehsal gücü ilkin mərhələrdə ildə 500 ədəd avtobus və yük avtomobili olacaq. Bu rəqəm tədricən 1000-ə çatdırılacaq.

5 hektar ərazini əhatə edəcək sənayə müəssisəsində ilkn mərhədlə 100 nəfər çalışacaq. Tədricən işçilərin sayı 200-yə çatdırılacaq.

Lazım olan texnoloji avadanlıqlar İeveç, Türkiyə və Almaniyadan gətiriləcək. Burada istehsal olunacaq bir avtobusun dəyəri 135-200 min avro, bir yük avtomobilinin dəyəri isə 70-90 min avro təşkil edəcək. Zavodun məhsulları əsasən MDB, o cümlədən Orta Asiya ölkələrinə, İran və Pakistana ixrac ediləcək.

Hazırda Hacıqabul Səmayə Məhəlləsində İran və Azərbaycan nümayəndələri arasında ikitərəfli görüşlər keçirilir. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az