Azərbaycanda baş həkimin evinə edilən hücumun görüntüləri (VİDEO)

Azərbaycanda baş həkimin evinə edilən hücumun görüntüləri (VİDEO)

Baş həkimin evinə hücum olunub, oğlu döyülüb. Hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib.

Hadisəyə ilkin səbəb kimi baş həkimin 3 gün əvvəl baş vermiş avtoqəza nəticəsində ağır yaralanmış iki nəfərin paytaxt xəstəxanalarından birinə çatdırılması üçün təcili tibbi yardım maşını verməməsi göstərilir... Elə bu səbəbdən də yaralıların qohumları rayon mərkəzi xəstəxanasının baş həkimi Natiq Şükürovun yaşadığı evə hücum ediblər.

Avtoqəzada xəsarət almış şəxslərin dayısı Elçin Əliyev iddia edir ki, vəziyyətləri ağır olan gənclərlə heç bir tibbi xidmət göstərilməyib. Onlar yaralılardan ikisinin Bakı şəhərində yerləşən xəstəxanalarının birinə yerləşdirmək üçün təcili tibbi yardım avtomobili istəsələr də, xəstəxanadan verilməyib.

Baş həkim Natiq Şükürov isə bildirir ki, o, məzuniyyətdə olmağına baxmayaraq, yenə də lazımi tapşırıqlarını verib.  (Xəzər TV)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az