Azərbaycanda şadlıq evində müğənni üstündə QANLI DAVA

Azərbaycanda şadlıq evində müğənni üstündə QANLI DAVA
Füzuli rayonunda toyda dava-dalaş olub.

Miq.az xəbər verir ki, rayonun Bala Bəhmənli kəndində yerləşən "Elmin" şadlıq sarayında keçirilən toy mərasimində qonaq olan Quliyev Vüsal Tapdıq oğlu ilə həmyerlisi Abdullayev Elvin Səməd oğlu arasında münaqişə yaranıb.
Bu zaman Vüsal Elvini şadlıq sarayının salonundan çölə çıxarıb. O, Elvin Abdullayevi kəllə ilə vurandan sonra yerdən götürdüyü daşlarla ona xəsarətlər yetirib. E.Abdullayevə rayon xəstəxanasında tibbi yardım göstərilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Vüsal Quliyevin bibisi oğlu müğənniliklə məşğuldur və şadlıq sarayının adminstratoru olan Elvin onu müğənnilik etməkdən kənarlaşdırıb. Bu səbəbdən də onlar arasında münaqişə yaranıb. (publika.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az