Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq

Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq
Bu ilin sentyabrın 9-13-də Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.

Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
"Azerbaijan-India Roadshow on Travel Trade” adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq. Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətləri Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az