Azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat – Bir qadın saxlanılıb

Azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat – Bir qadın saxlanılıb
Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən, azərbaycanlıların yığcam yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində səhər saatlarında xüsusi əməliyyat keçirilib.

"Report”un yerli bürosu xəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir qadın saxlanılıb.
Polis saxlanılan şəxsin evində axtarış aparıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatla bağlı ətraflı məlumat yayacağı gözlənilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az