Bakı-Quba yolunda dəhşəli qəza: Əsgər yanından qayıdan 5 nəfər öldü - VİDEO

Bakı-Quba yolunda dəhşəli qəza: Əsgər yanından qayıdan 5 nəfər öldü - VİDEO


Sürücü hadisə yerindən qaçıb

Bu gün Bakı-Quba yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın verdiyi məlumata görə, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində, "Nasosnu” deyilən ərazidə baş verib. İlkin məlumata görə "Shagman” markalı yük avtomobili ilə "Mercedes” markalı minik maşını  toqquşub. Qəza nəticəsində 5 nəfərin öldüyü deyilir. Onlardan dördü kişi, biri qadındır. Ölənlərin Goranboy rayonunda hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan xaçmazlı ailə olduğu bildirilir. İlkin məlumata görə, yük maşınının sürücüsü sərxoş vəziyyətdə olub və hadisədən sonra qaçıb.

Yük maşını həmin yola əks istiqamətdəm daxil olub. Bu zaman öz yoluyla hərəkətdə olan Mercedes-lə toqquşub. Zərbənin gücündən minik maşını aşıb, yük maşını isə onun üstündən keçib. Daşla dolu olan yük maşınında olan daşlar da minik avtomonilinin üstünə tökülüb. Maşında olanların hamısı elə oradaca keçinib.



Faktla bağlı araşdırma aparılır.

 

 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az