Bakıda 12 avtomobili əzən “Gelandewagen” sürücüsü saxlanıldı

Bakıda 12 avtomobili əzən “Gelandewagen” sürücüsü saxlanıldı
Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Gelandewagen” markalı avtomobilin sürücüsü müəyyən edilib.

Miq.az Trend-ə istinadla verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.
Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen” markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az