Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü

Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü
Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Miq.az Trend-ə istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata” markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az