Bakıda dəhşətli faciə: Pişik balası uşağın ölümünə səbəb oldu

Bakıda dəhşətli faciə: Pişik balası uşağın ölümünə səbəb oldu
Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Miq.az xəbər verir ki, bu barədə Oxu.Az-a Sabunçu rayon Polis İdarəsindən bildirilib.
Məlumata əsasən, bədbəxt hadisə "Ləhic bağları” adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib.
Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib.
Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedirdərkən, heyvan qaçaraq transformatorun arxasına girib. Ələkbər pişiyi götürmək üçün özünü transformator və qaz borusunun arasına saldıqda onu cərəyan vurub. Nəticədə, uşaq yanıb, onun həyatını xilas etmək mümkün olmayıb.
Ə.Ələkbərov bu il ikinci sinfə gedəcəkdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az