Bakıda Ermənistan məhsulu: “Bazarstore“dan açıqlama

Bakıda Ermənistan məhsulu: “Bazarstore“dan açıqlama
Bakıda erməni istehsalı olanpeçenye satılır.

Bu barədə jurnalist Xalid Kazımlı Feysbukda məlumat yayıb.

"Choco Pie" adlanan peçenyenin "Bazarstor"dan alındığı qeyd olunub.
Məhsulun bir tərəfində ermənicə, digər tərəfində isə Azərbaycan dilində yazı var.
Məhsulun üzərində yazının ermənicə olduğunu saytımıza ermənişünas Qafar Çaxmaqlı da təsdiqləyib.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən "Bazarstor”un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı bildirib ki, sözügedən məhsul başqa firma tərəfindən bütün market şəbəkələrə paylanılır:
"Choco Pie” adlı məhsul yalnız "Bazarstor” üçün gətirilmir. Həmin şirniyyat "Nant” firması tərəfindən bütün marketlər şəbəkəsinə paylanılır. Biz məhsulu alanda qutusuna baxsaq da, məhsulun üzərində yazılanlara diqqət etməmişik. İndi firma ilə danışmışıq. Bu məhsul 3 gün ərzində mağazalardan yığışdırılacaq. Çünki "Bazarstor”un 50-dən çox mağazası var və bunu bir gün ərzində etmək mümkün deyil. Əslində, bu yolverilməzdir, amma məhsulun üzərinə baxılmayıb deyə, belə bir şey olub”.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az