Bakıda məşhur klinikanın həkimi döyüldü (TƏFƏRRÜAT)

Bakıda məşhur klinikanın həkimi döyüldü (TƏFƏRRÜAT)

Bakıda iranlı həkim döyülüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazemi Behram Əli oğlu Yasamal Rayon Polis Şöbəsinə müraciət edərək ötən gün həkim işlədiyi "Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.

Artıq hadisənin bəzi təfərrüatları məlum olub. 

Bu barədə APA-ya danışan Behnam Kazemi qeyd edib ki, o, "Starmed” klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir: 

"Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəb oldu. Mən icarə pulunu ödəmişəm. Lakin buna baxmayaraq, o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb”.

B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az