Bakıda silahlı şəxslər saxlanılıb – FOTOLAR

Bakıda silahlı şəxslər saxlanılıb – FOTOLAR

Sabunçu Rayon Polis İdarəsi 13 və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində odlu silah-sursat saxlayan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında Bakıxanov qəsəbəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Asim Hüseynov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 11.5 qram narkotik vasitə heroin, habelə idarə etdiyi "Daewoo” markalı avtomobildən 1 ədəd "Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron, həçminin 1 ədəd bıçaq və 1 ədəd taxta dəyənək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində aşkar edilən əşyaların ona məxsus olduğunu etiraf edib.
Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş paytaxt sakini Vasif Abdulov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,900 qrram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq V.Abdulovun idarə etdiyi "Mitsubishi” markalı avtomobildən əlavə olaraq 31,119 qqram heroin, 29,450 qram metamfetamin, 1 ədəd "Toz-16” markal ov tüfəngi və 1 ədəd xəncər aşkar edilərək götürülüb.
Faktlarlabağlı toplanan materiallar əsasında Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdrımalar davam etdirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az