Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini artırdı

Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini artırdı
Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar.

Miq.az unikal.org-a istinadən bildirir ki, qiymətlər  50 faizə qədər yüksəlib. Belə ki, əvvəllər *9111 – Ekonom taksi, *2424, *8844 – Siti taksi, 189 – taksi xidməti, *9933 – Salam taksi və digər şirkətlər eyni istiqamətə 3-3.50 manata aparırdılarsa, hazırda bu rəqəm 5-5.40 manat arası dəyişir.
Misal üçün *9933 – Salam taksi Binəqədi qəsəbəsi-Novxanı istiqamətinə 3.30 manata aparırdısa, hazırda bu rəqəm 6 manata qədər yüksəlir.
Mütəxəssislər taksi şirkətlərinin qiymət yüksəltməsinə getməsinə səbəb, vergi ödənişlərinin artmasında görürlər. Bildirirlir ki, vergi ödənişlərində tələblərin artması, şirkətlərin qiymət artımına getməsinə rəvac verib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az