Bakıda “Wolksvagen Passat CC” 25 yaşlı qızı vurub öldürdü - VİDEO

Bakıda “Wolksvagen Passat CC” 25 yaşlı qızı vurub öldürdü - VİDEO

Bakının Nəsimi rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Miq.azxəbər verir ki, 25 yaşlı qızı maşın vurub öldürüb.

Ramal Camal oğlu Camalovun idarə etdiyi "Wolksvagen Passat CC” markalı, 10 GN 002 dövlət qeydiyyat nişanlı avtomobil piyada zolağında 1994-cü il təvəllüdlü Gədəbəy rayonunda anadan olmuş Gülgün Saday qızı Əmiraslanlını vurub.

Hadisə nəticəsində ağır yaralanan qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralı orada ölüb.

Faktla bağlı araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az