Bakıda "Zara" mağazasında soyunub-geyinmə otağına kamera yerləşdirildi (VİDEO)

Bakıda

Bakıda "Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb.

Miq.Az xəbər verir ki, bu barədə Bakı sakini Xədicə Kərimova BAKU.WS-ə şikayətində bildirib.

Şikayətçi deyir ki, Bakıda malların birində yerləşən "Zara” mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb.

"Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı "Zara” mağazası ilə əlaqə saxladıq. Məsələni bildirdik. Mağazadan cavab verdilər ki, bu barədə rəhbərliyə məlumat veriləcək. Lakin məsələyə açıqlama verilmədi. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az