“Bandotdel”in yeni rəisi sosial şəbəkələrdə belə tanınır — FOTOLAR

“Bandotdel”in yeni rəisi sosial şəbəkələrdə belə tanınır — FOTOLAR

əbər verdiyimiz kimi, ötən həftə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə polkovnik Əbülfət Rzayev yeni rəis təyin olunub. 

Demokrat.az xəbər verir ki, "Bandotdel”ə rəis təyin edilən Əbülfət Rzayevin bioqrafiyası ictimai marağa səbəb olub.

Ə.Rzayev 1968-ci ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. Həmin kənddə orta məktəbi təhsilini baş vurduqdan sonra 1986–1988-ci illərdə Daxili qoşunlarda həqiqi hərbi xidmət keçib. 1993–1998-ci illərdə BDU-nun hüquq fakultəsində ali hüquq təhsili alıb.

1989–1990-cı illərdə Ukrayna Respublikası Donetsk vilayəti Kirovskoye Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri, 1990–1995-ci illərdə Ordubad rayon Behrud kənd orta məktəbində müəllim, 1995–1996-cı illərdə Naxçıvan MR Ordubad RPŞ-da polis sahə inspektoru, 1996–1998-ci illərdə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində əməliyyat müvəkkili, 1998–2001-ci illərdə Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili, 2001–2004-cü illərdə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili, 2004–2005-ci illərdə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin rəis müavini, 2006–2008-ci illərdə Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, 2005–2006-cı illərdə Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, daha sonra Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, ardınca Şəki RPİ-nin rəisi olub, oradan isə Nəsimi rayonuna rəis gətirilib.


Ailəlidir. 4 övladı var.


 


Sosial şəbəkədə onun haqqında kifayət qədər müsbət fikirlər yer alır. İnsanlar Əbülfət Rzayevin ziyalı olduğunu və "Bandotdel”in imicin müsbət şəxs olduğunu deyirlər. Onun bu idarəyə rəis təyin edilməsi müstəqil fikirli tanınmış insanlar tərəfindən də müsbət qiymətləndirilir. 


Məsələn, "Criminal.az" saytının baş redaktoru Anar Məmmədov qeyd edir:


"Əgər yanılmıramsa, daha əzazil "Bandotdel" görməyəcəyik. Şəkidən Bakıya bu vəzifə üçün gətirilmişdi. Təyinatı Vilayət Eyvazov etsə də, onun rəisi olduğu "Bandotdel"dən çox fərqlənəcək. Əbülfət Rzayev polis adına şərəf gətirəcək polisdir...".

 


Kriminal sahədən yazan tanınmış telejurnalist Azər İsrafilov da Əbülfət Rzayevlə bağlı müsbət fikirdədir.


O yazır ki, Əbülfət Rzayev polis sistemində ən savadlı kadrlardandır:


"Əbülfət müəllim həm də çox peşəkar əməliyyatçıdır. Həm də BDU-nun hüquq fakültəsində dərs deyib".


Ümid edirik ki, Əbülfət Rzayev haqqında deyilən bu cür müsbət fikirlər zaman-zaman özünü doğruldacaq. 

 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az