Bank hesablarının açılmasından iki halda imtina ediləcək

Bank hesablarının açılmasından iki halda imtina ediləcək
Bank hesabının açılması üçün sənədlər tam təqdim edilmədikdə, təqdim olunmuş sənədlərdə və ya verilmiş məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar olduqda bank hesabının açılmasından imtina edilməlidir.

"APA-Economics”in məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiq etdiyi "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nda əksini tapıb.
Müştərinin, səlahiyyətli nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatları terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduqda da bank hesabının açılmasından imtina edilməlidir.
Qeyd edək ki, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ölkədaxili siyahıdan və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qətnamələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən beynəlxalq siyahıdan ibarətdir. Hər iki siyahı müəyyən edildikdən sonra maliyyə monitorinqi orqanı tərəfindən təsdiq olunur, dərhal onun rəsmi internet səhifəsində yerləşdirilir, birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərilir.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az