Bazarlardakı ticarətçilər Orucluğa görə icarə haqqından azad edildi...- İbrətamiz

Bazarlardakı ticarətçilər Orucluğa görə icarə haqqından azad edildi...- İbrətamiz
İnquşetiyada Ramazan ayı boyu qiymətlər növbəti dəfə endirilib. 


Moderator.az –ın Dağıstan mediasına istinadla verdiyi xəbərdə deyilir ki, hökumət ucuzlaşmaya bazarlarda ticarət edənləri icarə haqqı ödəməkdən azad etdirməklə nail olub.  İnquşetiya başçısı Yunus-bek Yevkurov bu barədə özünün "İnstaqram” hesabında yazıb. O, respublikadakı bütün bazarların direktorlarına Ramazan ayı boyunca ticarətçiləri  icarə haqqı ödəməkdən azad etmək haqda göstəriş verdiyini  vurğulayıb.  Y.Yevkurovun sözlərinə görə, Ramazanın əvvəlindən bu ay üçün icarə haqqını ödəmiş satıcıların pulları da geri qaytarılacaq. 


Respublikada qiymətlərə nəzarət etmək üçün xüsusi monitorinq qrupu yaradılıb. Bundan əlavə, şəhər və rayon başçılarına yoxsul ailələlərin siyahısını təqdim etmək və rəsmi saytlarda onlara edilən  yardımlar haqda məlumat yaymaq barədə də göstəriş verilib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az