”BOA Kollektor” “Unibank”ın göstərişlərini yerinə yetirir? - Açıqlama

”BOA Kollektor” “Unibank”ın  göstərişlərini yerinə yetirir? - Açıqlama

"BOA Kollektor” agentliyi problemli müştərilərlə əlaqə yaratmaq üçün hazırda da  fəaliyyətini qeyri-qanuni davam elətdirən bir təşkilatdır. Bu təşkilat problemli borcların qaytarılması üçün müştərilərlə qanundan kənar əlaqə yaradır onları görüşə çağırır və onlardan borcların qaytarılmasını tələb edir. Müştərilər onlara inanmamalı, əgər  bu barədə zəng olarsa, onlarla görüşdən imtina etməlidirlər”.

Bu sözləri Miq.Az-a hüquqşünas Əkrəm Həsənov mediada "Unibank”-a aid olduğu iddia olunan problemli borcların qaytarılmasını yerinə yetirmək üçün yaratdığı "BOA Kollektor” agentliyinin fəaliyyətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müştərilərə  banka olan borcları ilə bağlı zənglər gələrsə və ya vətəndaşların evlərinə həmin agentlik trəfindən müəyyən şəxslər gələrsə, dərhal  polis xidmətini məlumatlandırmalıdır:

"Vətəndaşlara bu hallar baş verərsə dərhal hüquq mühafizə orqanlarını məlumatlandırmalıdırlar. Onların harasa çağırılıb borc məsələlərinin həll edilməsi qeyri-qanunidir. Bank müştərisi yalnız özü  banka dəvət edə bilər və bu barədə müzakirələr aparıla bilər. Vətəndaşlar öz hüquqlarını bilməli, bu məsələdə aldanmamalıdırlar. Bundan başqa digər hərəkətlər və hansısa fəaliyyəti qeyri-qanuni olan  təşkilatların agentliklərin  zəngi, onları harasa çağırması qapılarına gəlməsi qanundan kənardır”.

Mediada dəfələrlə "BOA Kollektor” agentliyinin "Unibank”la əməkdaşlıq etməsi və problemli borcların qaytarılması üçün müştərilərlə qeyri -qanuni  əlaqə yaradaraq onları görüşə çağıraraq hərbə zorba gəlməsi barədə məlumatlar yayılmışdı. Hətta, bu barədə bir neçə vətəndaşın şikayəti də ictimailəşdirilmişdi.

 
İmamət İsmayılova


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az