Bu raketlə ABŞ-ın hər nöqtəsini vurmaq mümkündür - ŞOK ETİRAF

Bu raketlə ABŞ-ın hər nöqtəsini vurmaq mümkündür - ŞOK ETİRAF
Şimali Koreyanın sahib olduğu "Hwasong-15” qitələrarası ballistik raketləri (ICBM) ABŞ-ın hər nöqtəsinə gedib çatma potensialına malikdir.

Publika.az xəbər verir ki, bunu ABŞ Koreya Qüvvələri (USFK) açıqlayıb.
"Yonhap” xəbər agentliyinin məlumatına görə, "Hwasong-15 ICBM”in 12 min 874 km mənzilə sahibdir.
Qeyd edək ki, Şimali Koreya 289 noyabr 2017-ci ildə "Hwasong-15”in sınağını keçirib. Şimali Koreyanın əlində 5 min 500 km mənzilli "Hwasong-13” və 10 min km mənzilli "Hwasong-14” ballistik raketləri var.
Xatırladaq ki, 2017-ci ildən bəri ABŞ-la Şimali Koreya arasında Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsi ilə bağlı gərginlik yaşanır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az