"Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” - Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Vətəndaş” Tədqiqat və İnkişaf İcitmai Birliyinin təşkil etdiyi "Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir Tərtər rayonunda keçirildi.
Miq.az xəbər verir ki, tədbirdə "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin icraçı direktoru Günel Səfərova layihə barədə danışaraq maarifləndirici təlim keçdi.Tərtərdə keçirilən tədbirdə həm uşaqlar, həm də valideynləri iştirak edirdi. Valideynlər sərhəddə atəşkəsin pozulması nəticəsində güllə səslərindən uşaqların qorxduğunu və dinc əhalinin həyatını itirməsi faktının uşaqlarda zədə yaratdığını qeyd etdilər.Qeyd olundu ki, bəzi sərhəd kəndlərində hələ də uşaqların səngərdən məktəbə getməyi faktı da onlarda psixoloji problemlər yaradır. Məsələnin həlli üçün daimi və daha geniş əhalini əhatə edən psixoloq fəaliyyətinin olması zəruridir. Buna görə QHT-lərə Dövlət Dəstəyi Şurasına belə layihəni dəstəklədiyi üçün təşəkkür edulib.Sonda Uşaqlara təşkilat tərəfindən kiçik hədiyyələr, buklet verildi və psixoloji test keçirildi.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az