Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana SƏSLƏNDİ: "Atamdan xəbər yoxdu..."

Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana SƏSLƏNDİ:

Ötən beş il ərzində atamın səhhətində çox ciddi problemlər yaranıb.  Əvvəllər atamdan məktub alsam da əfsuslar olsun ki, artıq 1 il 2 aydır atamdan məktub gəlmir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bir aydan bir atamdan məktub, üç aydan bir video görüntü gətirməlidir. Ancaq bugünkü gün nə məktub var, nə də video... 

Bu sözləri Dilqəm Əsgərovun oğlu Miq.Az xəbər portalının əməkdaşına açıqlamasında deyib. 

Bildirib ki, Qızıl Xaç Komitəsi sonuncu dəfə 2017-ci ilin noyabr ayının 1- də atasının yazdığı məktub ona təqdim edib. 

"O vaxtdan indiyədək bizə ancaq şifahi məlumat verirlər ki, atanın səhhəti yaxşıdır. Heç bir problemi yoxdur. Sual olunur, əgər atamın səhhəti yaxşıdırsa, heç bir problemi yoxdursa, nəyə görə Azərbaycanda saxlanılan erməni diversantlara yaradılan şəraitdən bizə də yaradılmır. Şəxsən mən atamla canlı Skayp vasitəsi ilə görüntülü danışım və yaxud da atamdan bir dəqiqəlik canlı video gətirsinlər ki, mən görüm  atam danışır, oturur, durur hərəkət edir. Bunların hamısından bizi məhrum ediblər, ancaq erməni diversanta elə şərait yaradılıb ki, ailəsindən üç aydan bir beş dəqiqədən artıq canlı görüntü ilə danışmaqla yanaşı, hətta çin ingilis dili öyrənir, mütəmadi həkim nəzarətində saxlanılır. Ancaq 120 kilo çəkisi olan atamın indi 45 kilo çəkisi qalıb,  budurmu insanlıq...”, - deyə  söyləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected].com

www.miq.az