Dünən temperatur iqlim normasından 3 dərəcə yuxarı olub

Dünən temperatur iqlim normasından 3 dərəcə yuxarı olub
"Dünən Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 3 dərəcə yuxarı olub”.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, bu gün də temperaturun iqlim normasından yuxarı olacağı gözlənilir: "Avqust ayının ilk yarısında şimal və şimal-qərb küləklərinin əsməsi ilə əlaqədar nisbətən sərin hava şəraiti müşahidə olunurdu. Avqustun 16-dan başlayaraq cənubdan isti hava axınlarının ölkə ərazisinə daxil olması ilə əlaqədar temperaturun yüksəlməsi müşahidə olunur. Hazırda ölkə ərazisində günəşli, yağmursuz və isti hava şəraiti hökm sürür”.

A.Verdiyev deyib ki, isti hava şəraiti avqqustun 23-24-də da davam edəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az