Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər – FOTO

Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər – FOTO

Dünən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.

Trend-in diplomatik dairələrdən aldığı məlumata əsasən, görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir.

Şəkildən də hər şey aydın formada görünür. Avropa İttifaqı üzv ölkələrinin diplomatları yaradılmış şəraitə çox məmnun qalıblar və bu görüşün təşkilinə və nümayiş etdirilən şəffaflığa görə Azərbaycan Respublikası hökumətinə təşəkkürlərini ifadə ediblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az