Elman Rüstəmovdan inflyasiya ilə bağlı PROQNOZ

Elman Rüstəmovdan inflyasiya ilə bağlı PROQNOZ
"Bu ilin sonuna Azərbaycanda inflyasiyanın 4±2% olacağı proqnozlaşdırılır”.

"Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə faktiki inflyasiya rəhbərlik etdiyi qurumun hədəfindən aşağıdır. 
"İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3%-i inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz bəndi azdır”, - baş bankir əlavə edib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az