Ərli qadını evindən qaçırdılar - Gəncədə ŞOK OLAY (FOTO)

Ərli qadını evindən qaçırdılar - Gəncədə ŞOK OLAY (FOTO)

Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının evindən oğurlandığı məlum olub.


BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə bu barədə qadının yaxınları danışıb. Belə ki, Gəncə şəhəri, Kəpəz rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova 4 gün əvvəl evdən oğurlanıb və onun taleyi məlum deyil.
Belə ki, sentyabrın 21-də axşam saatlarında Ramin Hüseynov işdən evə qayıdanda həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb. Həmçinin Mətbəxin qapısının şüşəsi də sındırılıb.
Evdən oğurlanan qadını hamı sakit və namuslu insan kimi xarakterizə edir. Yaxınları üç uşaq anası olan Vüsalənin taleyindən narahatırlar və əlaqədar qurumlardan bu işin açılması üçün əllərindən gələni etmələrini xahiş edirlər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az