Ermənistan hərbçisi mobil telefona görə güllələndi...

Ermənistan hərbçisi mobil telefona görə güllələndi...

Xəbər verdiyimiz kimi, Ermənistanda odlu silahla açılan atəş nəticəsində daha bir müqaviləli hərbi qulluqçu dünyasını dəyişib.  Məlumatı  işğalçı ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook” səhifəsində yayıb: "Dərin kədər hissi ilə bildirirəm ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində, döyüş zonasında müqaviləli hərbi qulluqçu, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryan odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Fakt araşdırılır”.

Moderator.az  düşmən ordusundakı olay barədə yeni məlumat əldə edib. İşğalçı ölkə saytlarından birinin ordudakı etibarlı mənbələrə istinadla verdiyi məlumata görə, erməni hərbçi çağırışçı əsgər tərəfindən güllələnib. Buna səbəb müqaviləli hərbi qulluqçunun əsgərin mobil telefonunu əlindən alması olub. Əsgər telefonunu geri istəyəndə hərbi qulluqçu buna təhqirlə cavab verib və bundan sonra yaranan mübahisə nəticəsində əsgər avtomat silahla onu güllələyib.

Bundan əvvəl daha bir müqaviləli hərbi qulluqçu Edqar Qriqoryan odlu silahdan açılan atəşlə öldürülmüşdü. Hərbçinin ölümü əvvəlcə gizlədilsə də, Artsrun Ovannisyan daha sonra faktı təsdiq etməli olmuşdu.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az