Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir

Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
Ermənistanda həlak olmuş hərbçilərin anaları və həyat yoldaşları hökumətin binası qarşısında etiraz aksiyası keçirir.

APA-nın "aysor.am”a istinadən verdiyi xəbərə görə, səhər saatlarından etirazçılar hökumət binasının qarşısına toplanıb.
Polis Baş nazirlə görüşmək istəyənləri binaya buraxmayıb.
Etirazçılar hökumətdən vəzifə başında ölən hərbi qulluqçulara da kompensasiya verilməsini tələb edirlər. Onlar 1 mart 2008-ci il hadisələri zamanı ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış kompensasiyanı əsas gətirərək, bu tələblə çıxış edirlər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az