Ermənistanda vəziyyət qarışdı: Prezident baş nazirin əleyhinə çağırış etdi...

Ermənistanda vəziyyət qarışdı: Prezident baş nazirin əleyhinə çağırış etdi...
Moderator.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, İrəvanda həyəcanlı siyasi vəziyyət yaranıb. 

Baş nazir Paşinyan özünün Feysbuk səhifəsində tərəfdarlarına müraciət edərək bu gün-mayın 20-də saat 8.30-da istisnasız olaraq bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb və "inqilabın ikinci əsas fazası başlayır” – yazıb.

Bu çağırışdan sonra xarici səfərdə olan Ermənistam prezidenti Armen Sarkisyan vətəndaşlara təcili müraciətlə çıxış edib. Sarkisyan Ermənistanda yaranmış situasiyanı şərh edib.

"Ermənistan konstitusiyasına əsasən hakimiyyət xalqa məxsusdur. Ermənistanın bütün hakimiyyət qanadları- icraedici, qanunverici və məhkəmə sistemi erməni xalqının kollektiv iradəsini əks etdirir”-müraciətdə deyilir.

Prezident Ermənistan vətəndaşlarını tutduğu vəzifədən və siyasi mənsubiyyətindən asılı olmayaraq sakitliyə riayət etməyə çağırıb.

Ermənistan vəkillər palatası da bəyanatla çıxış edib: Məhkəmə orqanlarının müstəqilliyi təhlükədədir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az