Etibar Pirverdiyev bahalı atlarını satdı... - gündə 300 manat xərcləyirmiş

Etibar Pirverdiyev bahalı atlarını satdı... - gündə 300 manat xərcləyirmiş

Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Etibar Pirverdiyev özünün bahalı cins atlarını satıb. Belə ki, atlara və at yarışlarına xüsusi marağı olan Pirverdyev 2000-ci illərin ortalarından etibarən İngiltərədən bahalı atlar almağa başlayıb. 

Qaynarinfo-nun məlumatına görə, sabiq "işıq şefi"nin aldığı ən bahalı atın dəyəri 450 min manat (ABŞ dollarının həminki məzənnəsi ilə 500 min dollardan çox) olub. Bu atların saxlanılmasına "Azərenerji"nin sabiq rəhbəri ayda təxminən 8 min manat xərcləyirmiş. Bu, gündə təxminən 300 manata bərabər bir məbləğdir. 

Lakin o, vəzifəsini itirdikdən sonra vaxtilə aldığı cins atları saxlamaq istəməyib və onları əldən çıxarıb. Pirverdiyevin ümumi dəyəri təxminən 1 milyon manatla ölçülən həmin atları satdığı, yoxsa hədiyyə etdiyi konkret olaraq bəlli deyil.
 
Məlum olan odur ki, Bakının məşhur atçılıq klublarından birində saxlanılan və hər ay bəslənilməsinə külli miqdarda vəsait ayrılan ingilis mənşəli cins atlar artıq Etibar Pirverdievə aid deyil. 

Onu da deyək ki, həmin atçılıq klubunda "Azərenerji"nin keçmiş prezidenti ilə yanaşı bir çox başqa iri məmurların da atları var. Həmin məmurların bəziləri artıq postunu itirib, bir çoxu isə hələ də vəzifədədir.  

Sözügedən atlar əyləncə məqsədilə yarışlara cəlb edilirmiş. 

Xatırladaq ki, atlara xüsusi rəğbəti ilə bilinən Pirverdiyev eyni zamanda Şabran rayonunda dəvə fermasının olması ilə məşhur idi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az