Bakıda çəkisi 950 qram olan körpə doğulub

Bakıda çəkisi 950 qram olan körpə doğulub
Əvvəlki hamiləliyi uğursuz olan qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) ana olub.

Miq.az Trend-ə istinadən xəbər verir ki, mama-ginekoloq Aleksandr Barsukovun bildirdiyinə görə, bu, qadının ikinci hamiləliyi olub və RMDM-ə hamiləliyinin 28-ci həftəsində müraciət edib: "Pasiyent hamiləliyinin 30-cu həftəsinə qədər xəstəxanada müalicə alıb. Həm ana, həm də döldə ciddi problemlər olduğuna görə, qeysəriyyə yolu ilə doğuşa qərar verilib. Doğulan körpənin çəkisi 950 qram olub. Doğularkən uşağın vəziyyəti orta ağır qiymətləndirilib".
Neonatoloq-pediatr Təzibə Mirzəliyeva məlumat verib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə doğularkən ekstremal-azçəkili olduğundan reanimasiya şəraitində müalicəsi davam etdirilib, "Topuq testi", ROP müayinəsi, eşitmənin skrininq müayinəsi aparılıb, Mərkəzin neonatoloji komandasının gərgin əməyi nəticəsində çəkisi 1.800 qrama çatdırılıb və ana-körpə sağlam vəziyyətdə evə yola salınıb. Bütün zəruri təkrar müayinələrdən keçib, hazırda nevroloji statusu normaldır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az