Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir

Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir

Yeni Zelandiyada məsciddə törədilən terror aktının videogörüntüləri Feysbuk sosial şəbəkəsindən pozulub.

Miq.Az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsinin Yeni Zelandiyadakı nümayəndəsi Mia Harlik deyib.

"Video Feysbuk sosial şəbəkəsində peyda olduqdan dərhal sonra Yeni Zelandiya polisi bu barədə bizi məlumatlandırıb və biz təxirə salınmadan Brenton Tarrantın Feysbuk və İnstaqram akkauntlarını, həmçinin həmin videoları pozmuşuq”, - deyə o bildirib.

"Tvitter sosial şəbəkəsi də, həmçinin atıcının akkauntunu bağlayıb və terror aktının videosunu pozmaq üçün tədbirlər görür. Quql kompaniyası nümayəndəsinin sözlərinə görə, onlar videonun Yutub videohostinqindən tam silinməsi üçün çalışırlar. Bir qədər əvvəl Yeni Zelandiya polisi Kraystçerç şəhərindəki məscidə hücumda ittiham olunan avstraliyalı Brenton Tarrant tərəfindən çəkilən videonu yaymamaq xahişi ilə internet istifadəçilərinə müraciət etmişdi.

Xatırladaq ki, bu gün cümə namazı vaxtı Yeni Zelandiyanın Kraystçerç şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edilib. Son məlumata əsasən, terror aktı nəticəsində azı 49 nəfər həlak olub, 48 nəfər isə yaralanıb.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri adlandırıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az