Günay Musayeva sevgilisini bıçaqladı - Həbs edilə bilər

Günay Musayeva sevgilisini bıçaqladı - Həbs edilə bilər
Aktyor Tolqa Karelin keçmiş arvadı Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlayıb.

Miq.az  ölkə.az-a istinadən bildirir ki, mübahisə əsnasında Taha Günayı və onun oğlunu döyüb və buna dözməyən Musayeva bıçağa əl atıb.
Taha Tatlıcı modeli məhkəməyə verib. Artıq cinayət işi başlanılıb. Musayeva ifadəsində deyib:
"Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı alıb qarşısına keçdim. Mənə hücum etdi və bıçaq ona batdı. Mən özümü qorumuşam".
Hazırda prokurorluq Günayın 2.5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. Taha isə modeli və oğlunu döyməsi ilə bağlı iddialara açıqlama verməyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az