Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib

Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib
Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində qətl hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, 40 yaşlarında olan kişi odlu silahla qətlə yetirilib.
Qaracalar kənd sakinləri bildiriblər ki, qətlə yetirilən şəxs Gürcüstanda yaşamayıb və o, bir neçə gün bundan öncə anasına baş çəkmək üçün kəndə gəlib.
Qətlin keçmişdə baş vermiş münaqişə zəminində törədildiyi bildirilir.
Faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az