"Hələ 14 fevral kimi vurulursan mənə..."


Cavid Fərzəli

Min illər səni luperkalianın doğulduğu günə sevmişəm.
Bağışla sevgilim,
hələ xoşbəxtliyini tanıya bilməmişəm.

Valentin yaşamadığım sevgi güniymiş..
Səni sevməksə ağlımdan uzaq yerlərin səadətini itirmək...

Bilirsən, Rahibə şəkilləri imiş kişi unutqanlığı, qadının tanrı gizlətməyi.
Kim görmədi ki qadın kişinin imperiya qisasından ölür... 
Sənsə hələ 14 fevral kimi vurulursan mənə.

İndi ruzigarım yanan şəhərdə,
əllərimin külüylə ovuduram həsrətini...

Gümüşü sularda itən xoşbəxtlik imiş, lələk qadın...
Görürsənmi Kişi süqutu qadınlıq taxt-tacından başlayır...

Mənsə hələ ağ daban sərhədlərin ölümünü daşıyıram sənə doğru, qədim günün qızı.

Tibr suları üzərində, Sevgidən şəhər sala bilmədim sənə.
Heyf əllərimdən yaxın ola bilmədim sənə.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az