İcra başçısının videosu yayıldı

İcra başçısının videosu yayıldı

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avropadakı milyonluq şirkətləri ilə bağlı bir müddət əvvəl mediada məlumat yayılmışdı.


Miq.az Yeni Sabah-a istinadən xəbər verir ki, indi icra başçısının həmin şirkətlərdən birində işlərə nəzarət edən zaman çəkilmiş video görüntüsü yayılıb. Videonu sosial şəbəkədə yayan jurnalist Cavanşir Həsənli bildirib ki, görüntülər Ukraynanın Lvov vilayətində, Nikolayevsk qəsəbəsində icra başçısının 10 milyon dollara aldığı zavodda çəkilib.
"İcra başçısı hələ də işinin başındadır. Hələ də talamağında davam edir. Təqdim etdiyim video icra başçısının zavodunun görüntüləridir. Baxın, elə o zavodun həyətində harın-harın gəzən Ziyəddin Əliyevin özünü də görəcəksiniz. Görəcəksiniz ki, Azərbaycanda dövlətin büdcəsindən oğurlayan Ziyəddin Əliyev ukraynalılara özünü necə biznesmen kimi sırıyır”.
Xatırladaq ki, Z. Əliyevin Avstriyada, Çexiyada şirkətləri haqda da məlumat yayılmışdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az