İlham Qəhrəman yazır...

İlham Qəhrəman yazır...
AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair İlham Qəhrəmanın yazıçı Çinarə Ömrayın "MƏCNUNXANA" kitabı haqqında qısa qeyidləri.

OXUCUNU OYATMAQ

Balaca vaxtı kənddə göy çəməndə uzanmağın ayrı ləzzəti vardı. Bəzən belə uzandığımız yerdə bizi yuxu tutardı. Yatdığını görən cüvəllağı tay-tuşlardan, lap elə doğmalardan biri süpürgəbaş bir ot qırıb adamın üz-gözündə yavaş-yavaş hərləyərdilər. Otu ustufca elə hərləyərdilər ki, sanki üzündə hansısa, həşərat gəzir. Sən də yarımürgülü halda "həşərat”ı vurasan deyə ya üzünə, ya qulağına bir sillə çəkərdin. Amma  bir azdan "həşərat”ın üzündə yeriməsi davam edərdi – taadım o vaxtacan ki, üz-gözündə gəzən bu ot səni yuxudan tam oyadırdı. 
Bu gün haqqında söz açdığım yazıçı Çinarə Ömrayın "Məcnunxana” kitabındakı yazıları (hekayələri) oxuduqca yadıma uşaqlıqda başımıza gələn həmin məzəli əhvalat düşdü. Məsələ bundadı ki, Çinarənin yazılarını oxuyan kimi oxucunun elə bil canında həmin süpürgəbaş ot gəzir – adam bütün əzalarıyla tam ayıq vəziyyətə gəlir. Bu Çinarənin bir müəllif kimi üstün məziyyətlərindəndir. Güclü müşahidə qabliyyəti, sözdən söz çıxara bilmək bacarığı, hadisəyə oxucunun gözləmədiyi yozumu verə bilmək onun nəsrini maraqlı edir.
Mən Çinarə Ömrayı bu kitab münasibətiylə bir daha təbrik edirəm! Qoy o, bu kitabdakı uğurlu yazılara biz tərəfdə deyildiyi kimi çox da arxayınlaşmasın. Arzu edirəm ki, həyatda bir insan kimi hansı zirvəyə çıxsa da, ədəbiyyatda fəth etdiyi zirvə oxucu qəlbi olsun. Yazılarından o süpürgəbaş ot əskik olmasın...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az