İLK 10 ÖLKƏ ARASINDA 6-CI – Azərbaycan daha bir “qara reytinqdə” liderdir

İLK 10 ÖLKƏ ARASINDA 6-CI – Azərbaycan daha bir “qara reytinqdə” liderdir

Azərbaycan düzgün qidalanmama üzündən ölüm hallarının ən yüksək olduğu ölkələr arasında 6-cıdır. Virtualaz.org xəbər verir ki, bu barədə "Daily Mail” qəzetinin dərc etdiyi reytinqdə deyilir.

Reytinqə əsasən Azərbaycanda hər 100 min adamdan 313-ü düzgün və keyfiyyətli qidalanmama üzündən ölür. Bu siyahıda birinci yeri Özbəkistan tutur-hər yüz min adamın 394-ü düzgün qidalanmama səbəbindən həyatını itirir. Sonrakı yerlərdə Türkmənistan (376), Qırğızıstan (350), Ukrayna (349) və Azərbaycan gəlir. İlk onluqda Tacikistan, Qazaxıstan və Rusiya da yer alır.

Öz növbəsində qida keyfiyyətinə görə vəziyyətin ən yaxşı olduğu on ölkə arasında İspaniya liderlik edir. Bu ölkədə hər yüz min adamıncəmi 43-ü düzgün qidalanmamaya görə ölür. İlk onluqda İsrail (43), Fransa (46) Niderland (52), Andorra (54), Danimarka (59), İsveçrə (60), habelə Norveç və İtaliya da var.

Zərərli qida vərdişlərinə görə ən yüksək ölüm səviyyəsi MDB ölkələrindədir. Alimlərin araşdırmalarına görə 2016-cı ildə düzgün qidalanmama Avropada ölümlərin yarıdan çoxunun səbəbini təşkil edib. Qitə əhalisinin 2 milyon nəfərə yaxını qidada yüksək duzluluq səviyyəsi, tərəvəzdən, qozdan və taxıl məhsullarından az istifadə üzündən ölüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az