İlkin Şakiroğlu: "Ədəbi mühit olub uşaq baxçası..."

İlkin Şakiroğlu:
Vəhşi təbiəti sevin. Bilirsiniz niyə? Çünki, ordakı yazılmamış qanunlar, bizim yazılmış qanunlarımızdan daha çox qüvvədədir. Aslan aslandır, tülkü tülküdür, timsah timsahdır. Meşə  şahı aslandı ki aslandı. Tülkü, ömrünün sonunacan aslanlıq ede bilmiyəcək, ürəyindən keçsə belə... 

Baxıram, bizdə qalstuklu tülkülər " aslan” lıq edir hər yerdə. Aslanlıq sevdasına düşməyiblər ha, sevda başqa şeydir, qısaca  aslanlıq edirler. Hansı birinə göz yumub keçəsən? Tərpətöyün toxumu kimi səpələniblər hər yerə. Hakimiyyət, ədəbiyyat, KİV... saysaq, ardı gələr hələ. Kimin sözü varsa deməyə, elə göz ağardırlar ki, söz qatili özü olur, boğur içində sözünü. KİV kimi xoşlayırsa, onu tərifləyir, kimi xoşlamırsa pisləyir. Ədəbi mühit olub uşaq baxçası. Cüzi yerdəyişmə olub. Çünki bəzi böyüklərin "uşaq” lardan öyrənəcəyi çox şey olduğu üçün, nəsə düz gəlmir. Heç kimin sözü, kəlməsi keçmir başqasının boğazından. Amma, yüz dayanacaq o tərəfdə yaşayanın əli bu tərəfdə yaşayanın cibindən ele rahatca keçir ki, kimsenin ruhu da incinmir. Reportaj, mövzu qıtlığı yaranıb ilin günün bu zamanı, mövzuların qanad taxıb göy üzünde süzdüyü vaxtı. Arada, imkan tapanda yorulun, xahiş edirəm. Arada dönüb geridə qoyduqlarınıza, yaşadıqlarınıza, qazanıb yaxud da itirdiklərinizə baxın. Baxın ki, bəlkə də nəsə itirməmiş, qazana biləsiz. Aramızdan gedənlərə, onların boş qalmış yerlərinə baxın. Yox, yerlərini tutmağa deyil, dəyərlərini bilmək üçün baxın. 

İkinci Mahmud yazıb: İkinci şans olmayacaq! Nə etmək istəyirsinizsə, sabah yox, elə indicə, o istək beyninizdə doğulan an edin. 
Mahmud, ay qardaş, axı " tülkü aslan” ların əmrində amadə olan bəndələrə heç birinci şans da verilmədi. Nə olsun ki doğulub, bu dünyanı tanıyıb...
Mahmud, sabaha saxlamadan demək istəyirəm ki, niyə tez getdin? Niyə meydanı namərd, özündən müştəbeh, qanmaz, savadsızlara buraxdın? Bəlkə də, düzünü sən etdin, bilmirəm. Amma, məncə sən lazım idin bizlərə. Məqamın uca olsun,Mahmud! 
Gözüqıpıqlara gözaydınlığı verək, istər ədəbi mühit, istər KİV təmizlənir təmizlərdən. Yavaş-yavaş, asta-asta boğulacaqsınız öz çirkabınızda, darıxmayın. Gün gələcək... ya da susum. Gün gələndə, hamımız görəcəyik, o günün gətirdiklərini. 
Mahmud demiş: ikinci şans olmayacaq, İlkin!

İlkin Şakiroğlu
Şair- Publisist


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az