İngilislərin Tofiq Bəhramovu ZİYARƏT ETMƏSİ niyə protokola salınmır?-Alimdən maraqlı AÇIQLAMA

İngilislərin Tofiq Bəhramovu ZİYARƏT ETMƏSİ niyə protokola salınmır?-Alimdən maraqlı AÇIQLAMA

"İngilislər final oyununa biletlərin yarısını qaytarırlar. İki kluba - "Arsenal" və "Çelsi" cəmisi 5-6 min min bilet sata biliblər öz vətəndaşlarına. Bunun əsas səbəbi kimi klubların ikisinin də eyni ölkəyə aid olmasıdısa da lakin murdar erməni təxribatını unutmaq olmaz. Amma Tofiq Bəhramov erməni olsaydı, bu kartdan bilirsiniz necə istifadə edərdilər ?! (ingilisləri dünyaya gəlməyə peşman edərdilər, bəlkə də) Amma bizim diplomatlarımızdan T. Bəhramovu heç ingilislərin yadına salan da olmadı. Bu da bizim futbol diplomatiyamız!" 

Bu fikirləri Miq.Az saytına açıqlamasında  AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov  bildirdi. Alim bununla bağlı maraqlı təkliflə də çıxış edib: 

"Erməni diplomatiyası bizim başımızı Mxitaryan məsələsinə qatdı və çaşdırdı... Amma yaxşı olardı ki, oyunöncəsi hər iki komanda üzvlərinin Tofiq Bəhramovun heykəlini ziyarət etməsi protokola salınaydı! Və bütün ingilislər görəydi ki, finalın Azərbaycanda keçirilməsinə bu ölkənin nə qədər böyük haqqı var! Futbol İngiltərədə yaransa da axı T.Bəhramovun hesabına bircə dəfə dünya çempionu olub.

Ərşad Əhədzadə

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az