İNSAN

İNSAN
Elxan Quliyev

Cütlüyü gördükcə qəlbim şad olur,
Xoş üzü gördükcə ağrım az olur,
Gülüşü gördükcə qüssəm yox olur,
Xoş baxış, gülüşə möhtacdır insan,
Qaydalı rəftara qurbandır insan.
 
Təbəssüm can alır bircə anlığa,
Dünyalar bəxş edir insan oğluna,
Görənlər heyrandır dərin ağlına,
Düşüncə tərzində varlıdır insan,
Kamalla möcüzə yaradır insan.
 
Vətənin Leylası təkcə deilmiş,
Qənirsiz gözəli Həvva yetirmiş,
İlahə adıynan dünyanı gəzmiş,
Ulduzlar yetirən comərddir insan,
Varlığa zinətdir nadirdir insan.
 
Tanrının fikrinə şərik olanda,
Qeyrətin əzminə inam olanda,
Etiqad doğrulub haqqa çatanda,
Ədalət yolunda vuruşur insan,
Xilaskar uğrunda düşünür insan.
 
İlahə gözəldir göz qamaşdırır,
O, hürkək baxışdır ceyran andırır,
Ovçudan kənardır  yol araşdırır,
Gələcək nəsilə anadır insan.
Körpələr atası olandır insan,
 
Tanrıya adaşdır dayağı vardır,
Həvvaya yoldaşdır söykəyi vardır,
Əməli salehdir zəkası vardır,
Atayla dövlətə dayaqdır insan,
Anayla xalqına sadıqdir insan.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az