İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib

İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib
İnterpolun sabiq rəhbəri, Çinin ictimai təhlükəsizlik nazirinin sabiq müavini Men Hunvey bu gün keçirilən məhkəmə iclası zamanı rüşvət aldığını etiraf edib.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun bəyanatında deyilir.
Hökm daha daha sonra açıqlanacaq, dəqiq vaxt bildirilmir.
Qeyd olunur ki, Men Hunvey uzun illər ərzində xidməti vəzifəsindən şəxsi mənafeyi üçün və üçüncü tərəflərin maraqlarına uyğun olaraq istifadə edib, qiymətli hədiyyələr və böyük məbləğdə rüşvət alıb. Onun aldığı vəsaitlərin ümumi məbləği təxminən 14,46 milyon yuan (təxminən 2,1 milyon dollar) olduğu bildirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az