İntihar edən rəis oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT

İntihar edən rəis oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin intihar edən oğlu Orxan Ağayevlə bağlı bəzi məlumatlar üzə çıxıb.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu keçmiş polis işçisi olub.

Əldə etdiyimiz məlumata görə, son zamanlar onun psixoloji vəziyyəti yerində olmayıb. O.Ağayevin çalışdığı iş yerindən ayrılmasının səbəbi kimi psixoloji vəziyyətinin normal olmadığı ehtimal edilir.

Qeyd edək ki, O.Ağayev bir saat bundan qabaq Nərimanov rayonu ərazisində "MADO” restoranının yaxınlığındakı beşmərtəbəli binalardan birindən özünü atıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.(oxu.az)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az