Kriminal avtoritet “Yaponçik” Bakıda tutuldu

Kriminal avtoritet “Yaponçik” Bakıda tutuldu
Bakıda "Yaponçik” adı ilə tanınan kriminal avtoritet saxlanılıb.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Sentyabrın 11-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər oğurluqda şübhəli bilinən 1982-ci il təvəllüdlü Həsənli Rauf Orxan oğlunu saxlayıblar.

Onun idarə etdiyi "KİA” markalı avtomobilin baqaj hissəsində aparılan axtarış zamanı 1 kiloqram 100 qram marixuana aşkar edilib. Bundan əlavə, saxlanılan şəxsin üstündə də narkotik aşkarlanıb. Narkotikin satış üçün nəzərdə tutulduğu bildirilir. 

Hazırda saxlanılan şəxsin başqa cinayətlərdə iştirakının olub-olmadığı müəyyənləşdirilir. Qeyd edək ki, R.Həsənli özünü 2009-cu il oktyabrın 9-da sui-qəsd nəticəsində həyatını itirən Moskvadakı mütəşəkkil cinayətkar qrupun lideri, kriminal aləmin "qanuni oğrusu” Vyaçeslav İvankov (Yaponçik) əfsanəsinə bənzədir. 

Əvvəldən "Yapon” olaraq tanınan cinayətkar (gözləri qıyıq olduğuna görə belə deyilib), sonradan "Yaponçik” adlandırılıb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az